Serj Sarkisyan Müdafiə Nazirliyində müşavirə keçirib
19.12.2015 01:03 Dünyadan reaksiya 1545
Ermənistan Müdafiə Nazirliyində prezident Serj Sarkisyanın iştirakı ilə müşavirə keçirilib.
Reaksiya.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, baş nazir, müdafiə və maliyyə nazirləri, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi müşavirədə 2014 -2015-ci illər üçün Strateji Müdafiə İcmalının nəticələri açıqlanıb.
Toplantıda həmçinin 2016 -2020-ci illər üçün Ermənistan Silahlı Qüvvələrinin İnkişaf Planı, Silahlanma və hərbi texnikanın inkişafı proqramları müzakirə olunub.
S. Sarkisyan Strateji Müdafiə İcmalının yekunlarının həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.
Şərhlər