Aİ Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir

19.12.2015 00:15     Dünyadan reaksiya     1814

Avropa Komissiyası Gürcüstan və Ukrayna tərəfindən viza liberallaşdırılması üzrə tədbirlər planının icrasına dair hesabatları açıqlayıb.

Reaksiya.az-ın məlumatına görə, sənədlərdə sözügedən ölkələr haqqında müsbət rəylər yer alıb.

Qeyd olunur ki, Gürcüstanla Ukrayna üzərinə götürdükləri öhdəlikləri yerinə yetiriblər. Avropa Komissiyası bu ölkələrdə həyata keçirilən müvafiq prosedurların beynəlxalq standartlara cavab verdiyi qənaətindədir.

Avropa Komissiyasının hesabatlarında Ukrayna və Gürcüstan vətəndaşları üçün vizaların ləğvi ilə bağlı hər hansı şərt yoxdur.

 

Şərhlər

Çox oxunanlar