Nyu-Yorkda Suriya üzrə konfrans başa çatıb
19.12.2015 01:34 Dünyadan reaksiya 1683
Nyu-Yorkda “Suriyaya dəstək qrupu"nun konfransı başa çatıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə 18 ölkənin XİN rəhbəri, o cümlədən BMT baş katibi Pan Qi Mun, onun Suriyaüzrə xüsusi elçisi Stafann de Mistura, Ərəb Ölkələri Liqası və İslam Konfransı Təşkilatının nümayəndələri iştirak edib.
Konfransdan dərhal sonra BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Suriya üzrə mühüm qərarın qəbul edilməsi gözlənilir.
Oktyabrın 30-u və noyabrın 14-də Vyanada Suriya üzrə çoxtərəfli görüşlərin iştirakçıları yanvarın 1-dən rəsmi Dəməşq və müxalifət arasında dialoqun başlanmasına dair danışıqlar aparıblar. Razılaşmaya əsasən altı ay ərzində Suriyada yeni hökumət yaradılmalı, ölkə Konstitusiyasına yenidən baxılmalı, 18 ay ərzində isə ölkədə azad və ədalətli seçkilər keçirilməlidir.
Vyana razılaşmalarına əsasən, Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanması atəşkəs rejimini nəzərdə tutur. Atəşkəsə BMT-nin xüsusi monitorinq qrupu nəzarət edəcək.
Şərhlər