Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
19.12.2015 01:56 Dünyadan reaksiya 1494
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin iyuluna qədər uzadılması barədə qərar qəbul edib.
Reaksiya.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın maliyyə, enerji və müdafiə sektoruna və ayrı-ayrı məmurlarına qarşı məhdudlaşdırıcı sanksiyalar 2016-cı ilin iyuluna qədər uzadılıb.
Qərar dekabrın 21-dən qüvvəyə minir.
Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildə Rusiyaya qarşı sanksiyalar tətbiq edib . Buna səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişə olub.
Şərhlər