BMT Təhlükəsizlik Şurası Suriya planını təsdiqləyib

19.12.2015 03:48     Dünyadan reaksiya     1609

BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyamünaqişənin sülh yolu ilə nizamlanması üzrə planı təsdiqləyib.

Reaksiya.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qətnaməyə əsasən BMT baş katibi yaxın müddət ərzində münaqişə tərəflərini Cenevrə kommünikesi və beynəlxalq “Suriyaya dəstək qrupu"nun qərarları əsasında danışıqlar masasına dəvət etməlidir.

Qətnamədə Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanmasından sonra nəzərdə tutulan atəşkəs rejiminin tətbiqi dəstəklənir. Qətnaməyə əsasən, yaxın altı ay ərzində Suriyada keçid hökuməti yaradılmalı, 18 aydan gec olmayaraq yeni Konstitusiyaya uyğun olaraq ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. Sənəddə qeyd olunur ki, seçkilərə diaspora nümayəndələri daxil olmaqla, bütün suriyalılar qatılmalıdır.

Qətnamədə Bəşər Əsədin adı hallanmır. Əvəzində sənəddə vurğulanır ki, “Suriya xalqının özü ölkənin gələcəyini  müəyyənləşdirəcək”. 

Şərhlər

Çox oxunanlar