Sabiq nazir həbs olundu
19.12.2015 05:46 Dünyadan reaksiya 1711
Belarusun keçmiş ticarət naziri saxlanılıb.
Reaksiya.az modern.az-a istinadən bildirir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçik nümayəndələr palatasında məlumat verib.
“İstintaq Komitəsi Çekanovın işi ilə məşğuldur”, - Vakulçik qeyd edib.
Bununla belə, DTK rəhbəri keçmiş nazirin saxlanılıb-saxlanılmadığını deməkdə çətinlik çəkib: “Dövlət Təhlükəsizlik Komitəsi bu məsələ ilə məşğul olmur”.
İstintaq Komitəsində bu məlumata şərh verməyiblər. “Bu informasiyanı nə təsdiqləyirik, nə də təkzib edirik”, - hüquq-mühafizə orqanlarındakı mənbə isə belə deyib.
Prezident Aleksandr Lukaşenko dekabrın 17-də hökumət üzvlərinin təyin olunması ilə bağlı fərman imzalayıb. Məmurların əksəriyyəti öz postlarını qoruyublar, yalnız ticarət naziri əvəzlənib: Valentin Çekanovun yerinə Vladimir Koltoviç təyin olunub.
Qeyd edək ki, Çekanov 2009-cu ildən nazir işləyib.
Şərhlər