“Türkiyə ordusu İraqdan çıxarılmalıdır” - Obamadan Ərdoğana zəng
19.12.2015 06:40 Dünyadan reaksiya 1695
ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İraqda türk ordusunun yerləşdirilməsi ilə bağlı telefon danışığı olub.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Reuters” yazıb.
Ağ Evdən bildirilib ki, Obama ilə Ərdoğanın telefon danışığında ilk olaraq İraqda yaşanan gərginlik müzakirə olunub. Obama bu məsələni aradan qaldırmaq üçün Türkiyənin ordusunu İraqdan çıxarmasını istəyib.
ABŞ prezidenti, eyni zamanda Suriya müxalifətini gücləndirmək üçün tədbirlərin görülməli olduğunu və İŞİD-ə qarşı mübarizənin genişləndirilməsini söyləyib.
Şərhlər