"Putin son vaxtlar uşaq kimi hərəkət edir" - Davudoğlu
19.12.2015 10:01 Dünyadan reaksiya 2015
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz sözlərinin cavabını verib.
Reaksiya.az xəbər verir ki, Ə.Davudoğlu Putinin son vaxtlar uşaq kimi hərəkət etdiyini bildirib.
"Bir ay əvvəl Putin belə açıqlamalar verərdi? O, birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşmaya doğru getdiyini, ABŞ ilə yaxın əlaqələ qurduğunu xatırladı. Bir açıqlamanın ciddi qəbul edilməsi üçün açıqlama tsiklik şərtlər xaricində verilməlidir. Putinin son açıqlamalarını ciddi qəbul etmirəm. Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, bu, uşaq hərəkətidir, bunu əvvəllər çevrilişçilər edirdi, indi isə Putin edir. İndi Putin Türkiyədə guya müxalifət kəşf edib", deyə baş nazir vurğulayıb.
Əhməd Davudoğlu Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirləröə də sərt münasibət bildirib.
"O, prezidentimizin ailəsi haqqında iddiaları səsləndirəndə dedim ki, bu, Sovet təxribatıdır. Hazırda Rusiyanın adına danışan Putində Sovet təfəkkürü görürəm. Hərhalda Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, o Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhiqr olar", deyə Davudoğlu bildirib.
Şərhlər