Ərdoğan Səudiyyə Ərəbistanına gedəcək

19.12.2015 11:29     Dünyadan reaksiya     1808

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 29-da Səudiyyə Ərəbistanına səfər edəcək.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu haqda "Əl-Həyat" qəzeti məlumat yayıb.

O, Səudiyyə Ərəbistanının kralı Salman Əbdül Əzizlə görüşəcək.

Görüş zamanı antiterror koalisiyası, Suriya və İraqdakı vəziyyətə dair məsələlərin, iki ölkə arasındakı münasibətlərin müzakirə ediləcəyi gözlənilir. 

Şərhlər