Krım Hərəkatı Başçısı İlyasovdan qurultay nümayəndələrinə çağırış

20.12.2015 14:01     Dünyadan reaksiya     1942

Krım Tatarları tərəfindən qurulan Krım Hərəkatının sədri, Krım Parlamentinin hazırki sədr müavini Rəmzi İlyasov Krım Tatar Milli Qurultayı nümayəndə təşkilatının bu il ikincisi təşkil ediləcək konqressində iştirak etmələrini istəyir.

Reaksiya.az Krım Xəbər Agentliyinə istinadən xəbər verir ki, Krım Tatarlarının 99,8% -nin Rusiya Federasiyası vətəndaşlığı əldə etdiyini iddia edən Remzi İlyasov Krım Tatar Milli Qurultayı nümayəndələrinə mesajında bildirib ki, nümatəndələri Krım Tatar xalqının bölgələrarası ictimai hərəkatı "Krım"ın ikinci konqresinin işlərində iştirak etməyə dəvət edirəm: “Konfransda iştirakınızı, sülhsevər xalqımızın yenidən dirilişinə olduqca əhəmiyyətli qatqı kimi tarixə keçəcəyinə inanıram".

Konqresdə, iştirakçıların yarımadanın enerji mühasirəsi və Rusiya Federasiyasının Türkiyə ilə əlaqələri başda olmaqla Krım və xaricdəki siyasi vəziyyətlə bağlı fikirləri paylaşacağı ifadə edildi.

Refat Çubarov: “İnsaflı insanlar yəqin ki, konqressdə iştirak etməyəcək”

Digər tərəfdən Krım Tatar Milli Məclisinin sədri, Dünya Krım Tatar Konqresinin sədri, Ukrayna millət vəkili Refat Çubarov isə Remzi İlyasovun Krım Tatar Milli Qurultayı nümayəndələrinə çağırışını şərh edib.

Refat Çubarov özünün şəxsi “Facebook” səhifəsində verdiyi şərhdə bunları dilə gətirib: "Təbii ki bu insan, insaflı insanların (ki bir neçə nəfəri çıxmaqla, Krım Tatarlarının demək olar ki, hamısı elədir) heç birinin elan etdiyi yığıncağda iştirak etməyəcəyini bilir. Və daha əvvəl keçirilən yığıncaqlarda olduğu kimi salon, universitet tələbələri və işdən çıxarılmaq qorxusu ilə gətirilən digər şəxslərlə doldurulacaq".

Şərhlər

Çox oxunanlar