Yəməndə üç rayon Husilərdən azad olunub

20.12.2015 14:24     Dünyadan reaksiya     2177

Yəmən ordusu Husilərin əlində olan üç rayonda nəzarəti yenidən ələ keçirib

 

 

Yəməndə prezident Əbdurabbu Mansur Hadi tərəfdarı milli ordu və Xalq Müqaviməti Qüvvələrinin (HDQ) Daxilə vilayətində Husilərin əlində olan 3 rayonda nəzarəti ələ keçirdiyi xəbəri yayılıb.

Reaksiya.az xəbər verir ki, HDQ mənbəələrində əldə olunan məlumata görə, Daxilə vilayətinin Vadi Vasat rayonunda HDQ və milli ordu qüvvələri ilə Husilər arasında arasında qarşıdurmalar yaşanıb. HDQ ilə milli ordu qüvvələri, qarşıdurmalardan sonra Vadi Vasaddakı 3 rayonu ələ keçiriblər. Qarşıdurmalarda 5 husi əsgəri öldürülüb, HDQ mənsubu bir nəfər də yaralanıb.

Taizdə Husilərin hücumu

Digər tərəfdən Yəməndə Husilər ilə devrilmiş lider Əli Abdullah Saleh tərəfdarlarının Taiz şəhərində təşkil etdiyi hücumlarda, 1-i sadə vətəndaş və 5-i HDQ mənsubu olmaqla 6 nəfərin öldürüldüyü, təxminən 20 nəfərin isə yaralandığı bildirilib.

Yəmən prezidenti Abdurabbu Mansur Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri, tərəflər arasında Cenevrədə başlayan dialoqlara görə ölkədə 7 gün davam edəcək atəşkəs elan etməyi qərara almışdı.

Yəməndə hökumət qüvvələri ilə Husilər arasında 9 aydır davam edən vətəndaş müharibəsinin başa çatdırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının müzakirələri, 6 ay aradan sonra ötən həftənin  çərşənbə axşamı İsveçrədə yenidən başlamışdı.

Şərhlər

Çox oxunanlar