Ərdoğan Həmas lideri ilə görüşüb

21.12.2015 04:08     Dünyadan reaksiya     1739

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həmas lideri Xalid Meşal ilə görüşüb.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş İstanbulda baş tutub. Həmas liderinin Ərdoğana bölgədəki son hadisələr haqqında məlumatlar verdiyi bildirilir.

Görüş mətbuata bağlı keçirilib. Buna görə də, Mabeyn köşkündə baş tutan görüşün təfərrüatları barəsində geniş məlumat yoxdur.

Şərhlər

Çox oxunanlar