Eynicinsli nikaha yox dedilər
21.12.2015 05:47 Dünyadan reaksiya 1638
Sloveniyada keçirilən ümummilli referendumda əksəriyyət 63,12 faiz səs çoxluğu ilə ölkədə eynicinsli nikahların tətbiqinə qarşı çıxıb.
Reaksiya.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Müvafiq qanun layihəsinin tərəfdarları səslərin yalnız 38,88 faizini toplaya biliblər.
Səsvermədə seçicilərin 35,65 faizi iştirak edib. Lakin referendumun nəticəsini qanuni hesab etmək üçün lazım olan 20 faizlik minimum həddə nail olunub.
Şərhlər