"Bəşər Əsədi İrana səfəri zamanı Rusiya qırıcıları müşayiət edəcək"

21.12.2015 06:19     Dünyadan reaksiya     1603

İrana səfər zamanı Suriya prezidenti Bəşər Əsədin təyyarəsini dörd Rusiya qırıcısı müşayiət edəcək.

Reaksiya.az bu barədə reporta istinadən məlumat verir.

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiya komandanlığına toqquşmadan yayınmaq üçün onların qüvvələrinin Bəşər Əsədin təyyarəsinə yaxınlaşmaması barədə xəbərdarlıq edilib", - deyə agentliyin məlumatında bildirilir və əlavə olunur ki, Suriya prezidentinin marşrutu İraqın hava məkanından keçəcək.

Bundan əvvəl bir sıra kütləvi informasiya vasitələri Suriya liderinin dekabrın sonu və ya yanvarın əvvəlində Tehrana səfər edə biləcəyi barədə məlumat yayıblar. Lakin məlumat təsdiq olunmayıb.

Şərhlər

Çox oxunanlar