Çində torpaq sürüşməsi - 91 nəfər dağıntılar altında qaldı

21.12.2015 10:40     Dünyadan reaksiya     1937

Çinin cənubundakı Quandon əyalətinin Şencen şəhərində şiddətli yağışlardan sonra dekabrın 20-də baş vermiş torpaq sürüşməsi nəticəsində 91 nəfər dağıntılar altında qalıb.

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, Şencen şəhəri merinin mavini Liu Çinşen bildirib ki, sürüşmə zamanı şəhərin nisbətən yüksək olan hissəsində yerləşən sənaye parkının ərazisində 33 bina, o cümlədən 14 fabrik, 2 ofis və 1 yeməkxana binası, 3 yataqxana, 13 kiçik ölçülü tikili uçub. Yaranmış palçıq axını ərazinin böyük hissəsinə yayılıb. Hadisədən sonra ərazidən 900 nəfər təxliyyə edilib.

Xilasedicilər yağışlı hava şəraitində palçıqlı sahədə axtarış-xilasetmə işlərini davam etdirirlər. Hələlik 4 nəfərin xilas edildiyi bildirilir.

Torpaq sürüşməsinin baş verdiyi ərazidən keçən qaz kəmərində partlayış baş verib.

Mütəxəssislər yenidən torpaq sürüşmələrinin olacağını istisna etmirlər.

Şərhlər

Çox oxunanlar