KTMT-yə üzv dövlətlərin başçılarının görüşü keçirildi
21.12.2015 17:00 Dünyadan reaksiya 1895
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin başçıları iştirak ediblər.
Toplantıda regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq terrorçuluqla effektli mübarizə və digər məsələlər müzakirə olunub. Dövlət başçılarının iştirakı ilə başlayan iclas nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Qeyd edək ki, iclasda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti İmaməli Raxmon, Qırğızıstan prezidentiAlmazbek Atambayev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak ediblər.
Şərhlər