“Putinə Suriyadakı türkmənlər barədə demişdim” - Ərdoğan

22.12.2015 04:59     Dünyadan reaksiya     1545

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı  Vladimir Putin iSuriyanın şimalında yaşayan türkmənlər barədə əvvəlcədən məlumatlandırıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Ərdoğan Bursada, Ticarət Sənaye Palatasının iclasında deyib.

“Rusiya tərəfi iddia edir ki, onların türkmənlər barədə məlumatları olmayıb. Bu belə deyil. Mən şəxsən cənab Putinə demişdim ki, Bayırbucakda “İŞİD” yoxdur, orada türkmənlər yaşayır. İndi onları öldürürlər. Onlar bizim sərhədə gələrək deyirlər ki, ölsək də öz torpağımızda qalmaq istəyirik. Bunların hamısını başa saldım”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 17-dəki mətbuat konfransında Suriya türkmənləri barədə məlumatının olmadığını bildirib. 

Şərhlər

Çox oxunanlar