Saakaşvili evini satır - Fotolar
26.06.2015 13:34 Dünyadan reaksiya 1844
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdəki evi satır.
ANS PRESS-in məlumatına görə, sabiq prezidentin Odessaya köçməsindən sonra boş qalan evi 1,2 milyon dollara satışa çıxarılacaq. Gürcü siyasətçi Mixail Saakaşvili Kiyevdəki evində Odessa qubernatoru olana qədər - təxminən 6 ay yaşayıb.
Saakaşvilin yaşadığı bu eksklüziv ev bir çox üstünlüklərinə görə digər mənzillərdən fəqlənir. Qədim evin fasadı 1917-ci ildə antik stildə heykəllərlə bəzədilib. Gürcüstanın sabiq prezidentinin evinin yuxarı mərtəbəsi orijinal təmirlə fərqlənir.
Mənzilin Kiyevin mərkəzində olması və pəncərələrin bir-başa Maydana açılması isə qiymətin niyə baha olduğuna dəlalət edir. Ancaq mənzillə bağlı bir mənfi amil var. Saakaşvilinin evi yuxarı mərtəbə olduğu üçün damdan təhlükə yarana bilər. Evin içərisində üç sanitar qovşağı və terrasa çıxış var. Mənzilin tavanın hündürlüyü isə təxminən 5 metrdir.
M.Saakaşvili 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olub. 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan respublikasının prezidenti seçilib. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanıb.
2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.
Şərhlər