İŞİD 2015-ci ildə əlindəki ərazilərin 14%-ni itirdi - Hesabat

22.12.2015 15:15     Dünyadan reaksiya     1845

İŞİD terror qruplaşması 2015-ci ildə nəzarət etdiyi ərazilərin 14%-ni itirib və ən böyük itkilərini ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yaşayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə İngiltərədə yerləşən "İHS Janes" beyin mərkəzinin hesabatında deyilir.

Hesabata görə, Suriya-Türkiyə sərhədində yerləşən Tel Abyad, İraqın Tikrit şəhəri, Beyci neftayırma zavodu, eləcə də Rakka və Mosul arasındakı əsas yol İŞİD-in 2015-ci ildə itirdiyi ərazilər arasındadır. Terrorçuların nəzarət etdiyi ərazilər 12 min 800 kv km azalaraq 78 min kv km-ə qədər enib.

Bununla yanaşı, İŞİD il ərzində Suriyanın qədim Palmira və İraqın Ramadi şəhərlərini ələ keçirib. 2015-i ildə İraq öz ərazilərinin 6%-ni geri alıb. Ərazisinin 16%-ni itirən Suriya isə il ərzində ən böyük torpaq itkisi ilə üzləşən dövlət olub.

Şərhlər

Çox oxunanlar