ABŞ Yaxın Şərqdəki təsirini itirib
27.05.2015 17:32 Dünyadan reaksiya 677
Keçən prezident seçkisində Barak Obamaya rəqib olan ABŞ-ın nüfuzlu siyasətçilərindən senator Con Makkeyn, MSNBC kanalına verdiyi müsahibədə Obamanın Yaxın Şərq siyasətində buraxdığı səhvlər ucbatından bölgədə ABŞ və müttəfiqlərinin əlindəki şansları qaçırdıqlarını bildirib. Senator bildirib ki, hazırda İraq, Suriya, Livan və Yəməndə baş verən hadisələr İranın nəzarətindədir.
Senatorun fikrincə, ABŞ-ın Yaxın Şərqdə qarşı-qarşıya olduğu ən böyük problemlərdən biri, potensial müttəfiqləri olan Səudiyyə Ərəbistanı ilə Türkiyənin İrandan gələn təhdidi IŞİD- dən daha ön plana çıxarmalıdır. Makkeyn, bu ölkələrin İranın bölgədəki artan təsirindən narahat olduğunu düşünür.
Yaxşı, bəs əslində regionda real vəziyyət necədir? İran həqiqətənmi 4 ərəb ölkəsinin paytaxtlarına nəzarət edir? Rusiyanın “Sputnik” radiostansiyasının İran verilişləri redaksiyası müxbirinin suallarını cavablandıran İranlı Orta şərq mütəxəssisi və İranın Mehrnews xəbər agentliyinin baş direktoru Həsən Hanizadə mövzu ilə bağlı bildirib ki, Con Makkeynin radikal respublikaçılar blokunun məşhur üzvü və ABŞ konqresində semit lobbisinin üzvü olduğunu nəzərə alsaq, niyə İrana qarşı davamlı mənfi və qərəzli mövqedə olduğu dərhal aydın olacaq:
“İranın Yaxın Şərqdəki çox sabit və təsirli siyasətə sahib olmasının yeganə səbəbi, ölkənin ABŞ siyasətinə qarşı bölgə xalqları ilə sülh və əməkdaşlıq yolunu seçməsindən qaynaqlanır. ABŞ, 11 Sentyabr 2001-ci il tarixindən etibarən Əfqanıstan, İraq, Suriya və Liviya da daxil olmaqla bir çox bölgə ölkələrinə qarşı yalnız təcavüzkarlıq, hərbi güc və yayılmacı siyasəti icra edir. Bu siyasət, müsəlman xalqlarda və bölgədən kənarda yerləşən bir çox ölkədə nifrətlə qarşılanıb. ABŞ vətəndaşları yox edərək, kütləvi qırğın silahı istifadə etməklə və İsrail ilə Səudiyyə Ərəbistanının hərbi büdcələrini artırmalarına aktiv şəkildə dəstək verərək bölgədəki nüfuzunu məşhurluğunu və gücünü itirib. İran ABŞ-ın bu siyasətinə qarşı çıxaraq ABŞ və müttəfiqləri tərəfindən hərbi hücuma məruz qalan ölkələrdəki insanların sevgisini qazanıb. ABŞ-ın gələcəkdə təkcə bu bölgədə yox, eyni zamanda, Asiyanın şərqində da təsirini itirəcəyini dəqiq bilirəm. Səbəb isə olduqca sadədir: Vaşinqtonun hal - hazırki siyasətinə qarşı xalqların duyduqları. Buna görə də İranın bölgədəki mövqeyi, qonşu ölkələrin daxili işlərinə qarışmadan belə olduqca güclüdür. İran təkcə bölgədəki ərəb ölkələrinin yox, digər ölkələrin də dəstəyini qazanıb".
Şərhlər