ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23.12.2015 01:50 Dünyadan reaksiya 1695
ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.
Sanksiyalar Rusiyanın “VTB” və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya “VTB” və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı daxil edilib.
Sanksiya siyahısına həmçinin “Qals Development” şirkəti, “Novikombank” bankı, “Aviapriborostroyenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport” və digər iri korporasiyalar daxil edilib.
Sanksiyalar həmçinin “Massandra” şərab zavodu və Yalta kinostudiyasına tətbiq edilib.
Şərhlər