Putin və Netanyahu Suriya və İŞİD-i müzakirə ediblər

23.12.2015 03:17     Dünyadan reaksiya     1477

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tərəflər Suriyadakı böhran daxil olmaqla Yaxın Şərq regionundakı vəziyyəti müzakirə ediblər.  

Vladimir Putin BMT himayəsi altında Suriya danışıqlarının əhəmiyyətini və İŞİD-lə mübarizənin alternativsizliyini qeyd edib”, deyə məlumatda qeyd olunub.    

Putin və Netanyahu müxtəlif səviyyələrdə aktiv dialoqun davam etdirilməsinə və terrorla mübarizə istiqamətində addımların əlaqələndirilməsinə dair  razılığa gəliblər.       

Şərhlər

Çox oxunanlar