Meyvə şirəsi qutularından narkotik çıxdı
23.12.2015 04:12 Dünyadan reaksiya 1493
Niderland polisi ölkənin cənubundakı anbarların birində axtarış zamanı ümumi dəyəri 30 mln dollardan çox olan böyük həcmdə kokain aşkarlayıb. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Raamsdonksveer şəhərinin mərkəzində yerləşən anbarda reyd keçiriblər.
Məlumata görə, narkotik vasitələr “Ananas şirəsi” qablarından tapılıb. Polisin məlumatına görə, ümumilikdə 1,1 ton kokain aşkarlanıb.
Narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 şəxs saxlanılıb. Saxlanılan şəxslərin 22-28 yaşları var.
Şərhlər