İstanbuldakı Sabiha Gökçen Hava Limanında partlayış
23.12.2015 09:14 Dünyadan reaksiya 1984
İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında partlayış baş verib, iki nəfər xəsarət alıb.
Reaksiya.az yerli mətbuata istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 02.05-də “Pegasus” şirkətinə məxsus təyyarədə baş verən partlayışın səbəbi hələlik məlum deyil. Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə insan olmadığı qeyd edilib. Xəsarət alan iki nəfər yaxınlıqdakı şirkətə məxsus başqa təyyarədə olub.
Hava Limanından bildirilib ki, hadisə aeroportun fəaliyyətində problem yaratmayıb, digər təyyarələrin reysləri vaxtında həyata keçirilib.
İstanbul valisi Vasip Şahin faktla bağlı araşdırmaların davam etdirildiyini bildirib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hava Limanına gələn bütün yollarda nəzarət gücləndirilib.
Şərhlər