İŞİD terrorçularından gözəllik kraliçasına ədəbsiz hədə

23.12.2015 15:59     Dünyadan reaksiya     1798

İŞİD terrorçuları iki gün əvvəl İraqda keçirilən gözəllik müsabiqəsinin qalibi 20 yaşlı Şeyma Qasimə hədə-qorxu gəliblər.

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq KİV-ləri məlumat verib.

İŞİD terrorçuları Şaymaya zəng edərək seks-cihada (sünni müsəlman qadınların könüllü şəkildə və ya aldadılaraq islamçı döyüşçülərə seksi xidmət göstərmək üçün onların düşərgələrinə yollanması) razılaşmadığı təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

Hədsiz qorxmuş gənc qız zəng barəsində yaxınlarına danışıb. Beləliklə, məsələ ictimailəşib və hazırda Şayma gizlənməyə məcbur olub.

Qeyd edək ki, 40 il ərzində İraqda ilk dəfə gözəllik müsabiqəsi keçirilib.

 

Şərhlər

Çox oxunanlar