Lavrov Dəmirtaşla görüşüb

23.12.2015 16:40     Dünyadan reaksiya     1772

“Suriyada terrorçulara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq”.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada PKK ilə əlaqəli olan HDP partiyasının sədri Səlahəddin Dəmirtaşla görüşü zamanı deyib.

“Suriya hökumətinin istəyi ilə antiterror əməliyyatlarında iştirak edən Rusiya yerüstü əməliyyatlara da dəstək verməyə hazırdır. Terrorla mübarizə aparan bütün qüvvələrin imkanlarını birləşdirmək vacibdir”, - deyə o əlavə edib.

 

Şərhlər

Çox oxunanlar