“Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı”

24.12.2015 02:17     Dünyadan reaksiya     1547

Korrupsiyanın səviyyəsi və iqtisadiyyatın ümumi vəziyyəti göstərir ki, Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevdə keçirilən korrupsiyaya qarşı yığıncaqda bildirib.

“Mən Ukraynada olduğum müddətdə bir nəfər görməmişəm desin ki, Yanukoviçin dövrü ilə müqayisədə korrupsiya azalıb. Əksinə, hər gün eşidirəm ki, rüşvət məbləğləri artır. Kiçik və orta biznesin nümayəndələri dönə-dönə təkrarlayırlar ki, korrupsiya əvvəllər bu miqyasda olmayıb”, deyə M.Saakaşvili vurğulayıb.

Qeyd edək ki, dekabrın 23-də Kiyevdə M.Saakaşvilinin rəhbərliyi ilə korrupsiyaya qarşı yığıncaq keçirilib, Ukraynada genişmiqyaslı antikorrupsiya hərəkatının yaradıldığı bəyan edilib. Hərəkatın hər hansı siyasətçi və yaxud partiya üçün yaradılmadığını qeyd edən M.Saakaşvili bildirib ki, bu cür tədbirlər Ukraynanın digər regionlarında da keçiriləcək. 

Şərhlər

Çox oxunanlar