Daha bir miqrant facisəi - 13 ölü, 7 itkin

24.12.2015 02:45     Dünyadan reaksiya     1734

Suriyadan Yunanıstana qaçmaq istəyən miqrantları daşıyan qayıq Egey dənizində batıb. Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydın şəhərindən Yunanıstanın Leros adasına getmək istəyən 35 nəfər qayıqla yola çıxıb. Dənizdəki fırtına qayığı aşırıb. Axşam saatlarında yunan xilasedicilər tərəfindən hadisə müşahidə edilib və dərhal əməliyyat xilasetmə işlərinə başlayıblar. İndiyə qədər 13 nəfərin meyidi çıxarılıb, 15 nəfər isə xilas edilib. Daha 7 nəfərin isə axtarışları davam edir.

Şərhlər

Çox oxunanlar