Səudiyyə Ərəbistanında xəstəxanada yanğın - 25 nəfər öldü

24.12.2015 09:58     Dünyadan reaksiya     1808

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan əyalətində xəstəxanalardan birində güclü yanğın baş verib.

Reaksiya.az xəbər verir ki, ölkənin mülki müdafiə xidməti 25 nəfərin öldüyü, 100-dən çox insanın xəsarət alması barədə məlumat yayıb.

Yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan şəxslərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işinə başlanıb. 

Şərhlər