Merkel Putin haqqında gizli məlumatları ingilislərə ötürdü
24.12.2015 11:04 Dünyadan reaksiya 1893
Almaniya kansleri Angela Merkel Böyük Britaniyaya səfəri zamanı bu ölkənin xüsusi xidmət orqanlarına Rusiya haqqında məlumatlar ötürüb.
Reaksiya.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Merkelin “MI5” (əks-kəşfiyyat) rəhbəri Endryu Parker, “MI6” (kəşfiyyat) rəhbəri Aleks Yanqer və radio-elektron kəşfiyyat idarəsinin rəhbəri Robert Hanniqanla gizli görüşü bu ilin oktyabr ayında baş tutub.
Nəşr vurğulayır ki, Böyük Britaniya hökumət rəhbərinin şəhərkənar iqamətgahında xüsusi xidmət orqanları İŞİD terror təşkilatı tərəfindən yaradıla biləcək təhlükələr barədə Merkeli məlumatlandırıb. Buna cavab olaraq, Merkel ingilislərə Rusiya prezidenti Vladimir Putin, Ukraynadakı qeyri sabitlik və Krımdakı vəziyyət haqqında hesabat təqdim edib. Görüş baş nazir Devid Kemeronun iştirakı ilə keçirilib.
Böyük Britaniya baş nazirinin dəftərxanasından olan mənbənin sözlərinə görə, görüşdə Suriya və Rusiya məsələsi geniş müzakirə olunub.
Şərhlər