BMT-nin 2016-2017-ci illər üçün büdcəsi qəbul edilib

24.12.2015 11:15     Dünyadan reaksiya     1821

BMT Baş Assambleyası 2016-2017-ci illər üçün təşkilatın büdcəsini qəbul edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təşkilatın növbəti il üçün büdcəsi son iki illə müqayisədə 2,3 % azalaraq 5,4 milyard dolar təşkil edib.

Qətnamə Baş Assambleyanın plenar sessiyasında yekdilliklə qəbul olunub.

Sənədə əsasən məbləğin böyük qismi - 1,2 milyarddan çox vəsait BMT-nin siyasi məsələlər üzrə departamentinin saxlanmasına sərf ediləcək. Sülhyaratma əməliyyatlarına dair xərclər büdcəyə daxil edilməyib. 20 iyun 2016-cı ilə kimi olan cari maliyyə ili  üçün bu məqsədlə 8, 27 milyard dollar ayrılıb.

BMT baş katibi Pan Gi Mun bildirib ki, büdcənin növbəti ixtisarı son illər təşkilatın üzləşdiyi çətin maliyyə vəziyyətini göstərir.

Qeyd edək ki, BMT-nin büdcəsi müntəzəm olaraq dövlətlərin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Hər dövlətin payına düşən məbləğ son 10 ildə adambaşına düşən ÜDM-nin orta göstəricisi və eləcə də, xarici borcların səviyyəsinə əsasən müəyyən edilir. 

Şərhlər

Çox oxunanlar