Rusiya NATO-ya da sərt mesaj verdi

24.12.2015 13:09     Dünyadan reaksiya     2119

ABŞ və Aİ- nin Rusiyaya qarşı sanksiya elan etməsindən sonra təzyiqi yüksəldən daha bir açıqlama da Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevdən gəlib.

Belə ki, Reaksiya.az xəbər verir ki, “Rossiyskaya qazeta”ya açıqlama verən Patruşev NATO-nun hərbi fəaliyyəti ilə bağlı təhdidlərin gedərək daha böyük təhlükə kəsb etdiyini bildirib.

O, qeyd edib ki, hücum potensialını artırma və modernləşdirmə, yeni silah növlərini mövqelərə yerləşdirmə və Rusiya ətrafı da daxil olmaqla qlobal hava müdafiə sistemi yaratma cəhdləri qlobal təhlükəsizliyin əasa şərtlərini zədələyir: “Bəzi qərb ölkələrinin liderləri, NATO-nun dünyada təhlükəsizliyi təmin etmək məqsədiylə qurulan bir müdafiə ittifaqı olduğu ilə bağlı şərhlər verirlər. Bildirmək istəyirik ki, bu şərhlər bu ittifaqın təcavüzkar təbiətini ört-basdır etmək cəhdindən başqa bir şey deyil".

Şərhlər

Çox oxunanlar