"Türkiyə Rusiyadan üzr istəsin" - Qırğızıstan prezidenti
24.12.2015 13:19 Dünyadan reaksiya 2035
Qırğızıstan prezidenti Almazbek Atambayev, bu gün reallaşdırdığı ilin yekunlarına dair mətbuat konfransında, Türkiyənin Rusiyanın Su-24 təyyarəsini vurmaqda səhv etdiyini söyləyib. Qırğızıstan lideri Türkiyənin Rusiyadan vurduğu təyyarəyə görə üzr istəməli olduğunun vurğulayıb.
Reaksiya.az xəbər verir ki, jurnalistlərin suallarını cavablayan prezidenti Atambayev 17 saniyəlik hava sahəsi pozuntusuna görə, uzun illər boyu qurulmuş dostluq əlaqəsini pozmağın səhv bir qərar olduğunu ifadə edərək qeyd edib ki, Qırğızıstanın sərhədlərinin də qonşu ölkələrin təyyarələri tərəfindən saniyələrlə yox, hətta saatlarla pozulduğu zamanlar olub: “Amma biz onları vurmuruq. Bizim üçün sülh və əmin-amanlıq əsas şərtdir".
Ayırca, Atambayev Türkiyənin etdiklərinə görə üzr istəyəcəyi halda Rusiyanın da bu qüsuru qəbul edəcəyinə ümid etdiyini bildirib. Atambayev məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ilə də görüşdüyünü ifadə edib.
Şərhlər