Rusiya 10 il ərzində Hindistana 100 mln ton neft tədarük edəcək
25.12.2015 02:17 Dünyadan reaksiya 1509
Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək. "Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narenda Modi ilə aparılmış danışıqların yekunlarına dair bildirib.
““Rosneft” və “Esser” qrupu arasında əldə olunmuş razılığa əsasən, Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək”, deyə Putin bildirib.
Qeyd edək ki, bundan əvvəl “Qazprom neft” konserninin rəhbəri Aleksandr Dyukov qeyd edib ki, Rusiyanın dünya neft bazarında tutduğu strategiyasını dəyişməsinə ehtiyac yoxdur.
Şərhlər