"Türkiyə qoşunlarını İraqdan dərhal çıxarmalıdır"
25.12.2015 02:41 Dünyadan reaksiya 1602
Türkiyə hökuməti qoşunlarını İraqdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır. "Reaksiya"nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərinin ötən gün Qahirədə keçirilən növbədənkənar toplantısında qəbul edilən qərarda qeyd olunub.
“ƏDL Türkiyənin İraq ərazisinə qoşun yeritməsini pisləyir və Türkiyə hökumətindən ordu qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, deyə ƏDL baş katibinin müavini Əhməd Ben Xelli qeyd edib.
Şərhlər