Qaz emalı zavodunda partlayış - azı 100 nəfər ölüb

25.12.2015 03:08     Dünyadan reaksiya     1585

Nigeriyanın cənubunda qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 100 nəfər ölüb. "Reaksiya"nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə,   Anambra ştatının Nnevi şəhərində baş vermiş insidentin əvvəlində müəssisədə olan fəhlələrdən altısı ölüb. Güclü partlayışdan sonra yaranan yanğın yaxınlıqdakı evlərə keçib, nəticədə, azı 100 nəfər ölüb. Bir neçə şəxs ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.

İlkin məlumata görə, yanğın qaz balonunun partlaması səbəbindən baş verib.  

Şərhlər

Çox oxunanlar