Ərdoğan ABŞ-a səfər edəcək

25.12.2015 13:31     Dünyadan reaksiya     1820

ABŞ-dakı İslam mədəniyyət mərkəzi kompleksinin açılışını ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan açacaq.

"Reaksiya" "Report"a istinadən xəbər verir ki, mərkəz Memar Sinan üslubunda tikilib. Mərkəzdəki məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Binanın tikintisinə 2011-ci ilin sentyabrında Vaşinqton yaxınlığında yerləşən Meriland ştatında başlanılıb. Kompleks ABŞ İslam Mədəniyyət Mərkəzi, Türkiyə Dəyanət İşləri Nazirliyi və Türkiyənin Dəyanət Fondunun dəstəyi ilə 60 hektarlıq ərazidə tikilib.

Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamanı kompleksin açılış mərasiminə dəvət edib və bu, qəbul olunub.

Türkiyə prezidenti yaxın günlərdə bu məqsədlə ABŞ-a səfərə getməyi planlaşdırır.

Şərhlər

Çox oxunanlar