“Təyyarə hadisəsinin arxasında ABŞ var” - Rusiya Kommunist Partiyası lideri

26.12.2015 09:00     Dünyadan reaksiya     2206

 

Rusiya Kommunist Partiyasının I katibi Gennadi Zyuqanov bildirib ki, Türkiyə-Rusiya arasında baş verən təyyarə böhranının arxasında Vaşinqton dayanıb.

Zyuqanovun iddiasına görə; ABŞ hərbi konflikt yaratmaqla 18 trilyon dollarlıq borcunu silməyə çalışır. Zyuqanov Ankaraya qarşı sərt və təsirli addımların atılmalı olduğu fikrini müdafiə edir.

Siyasi Xəbərlər Federal Agentliyinə açıqlama verən Zyuqanov pisləşən Türk-Rus əlaqələrinə də toxunub. Rusiya Kommunist Partiyasının sədri qeyd edib ki, amerikalılar hərbi ixtilaflarla ayaqda qalmağa çalışır: “Öz nəhəng 18 trilyon dollarlıq nəhəng borcunu silmək üçün onlara belə bir hərbi ixtilaf, müharibə lazımdır. Daha əvvəlki II dünya müharibəsində da belə etdilər. Bax, Türkiyədə Rusiyanın hərbi təyyarəsinin vurulması ilə əlaqədar hadisə də bunun bilvasitə dəlilidir. NATO beləcə ölkəmizə qarşı ağır bir hərbi təxribat etdi".

ABŞ-ı Rusiyaya qarşı atdığı addımlara görə tənqid edən Zyuganov bildirib ki, bu hadisənin (təyyarənin vurulması) arxasında ABŞ var. ABŞ, hər zaman belə bənzər təxribatlar həyata keçirib".

 

Türkiyə ilə münasibətlərimizdə diqqətli olaq

 

Türkiyəyə qarşı sərt addımların atılmalı olduğuna diqqət çəkən Zyuqanov bildirib ki, tələsik və istibaşla düşünülməmiş addımlardan çəkinmək lazımdır: “Unutmayaq ki, Türkiyə bir zamanlar SSRİ - ni ilk dövlətlərdən biri idi. II Dünya müharibəsində də Ankara Adolf Hitlerlə ittifaq belə qurmadı".

Şərhlər

Çox oxunanlar