Rusiya 2025-də çökəcək - PROQNOZ
27.12.2015 12:31 Dünyadan reaksiya 1720
Yaxın 10 ildə Rusiyanın çöküşü qaçılmaz olacaq.
"Reaksiya" axar.az-a istinadən xəbər verir ki, bu proqnozu “Stratfor” təşkilatı yayıb. Təşkilatın fikrincə, sanksiyalar, neftin qiymətlərinin ucuzlaşması, rublun çökməsi, hərbi xərclərin artırılması Kremlin dünyanın ən böyük ölkəsi üzərində nəzarətinin zəifləməsinə səbəb olacaq:
“Rusiya de-yure bir neçə hissəyə parçalanmayacaq. Moskva o qədər zəifləyəcək ki, ölkə faktiki olaraq muxtar regionların birliyinə çevriləcək. Hətta bu regionların özləri belə aralarındakı münasibətləri yoluna qoya bilməyəcəklər. Hakimiyyətə qarşı qiyam qalxmayacaq, amma Rusiya bir daha indiki kimi yaşamayacaq. Rusiyanın nüvə potensialı böhrana səbəb ola bilər.
Buna görə də ABŞ öz ordusu vasitəsilə bu nüvə arsenalının təhlükəsizliyini təmin edə bilər. Vaşinqton bu problemi həll edəcək yeganə qüvvədir, lakin o belə bütün raketlərə tam nəzarət etmək qabiliyyətində deyil. ABŞ bunu həll etmək üçün yollar axtaracaq. Vaşinqton hərbi variantdan istifadə edə bilər, amma bu nüvə hücumu təhdidi ucbatından mümkün olmayacaq. Buna görə də Vaşinqton regionlarda stabil və iqtisadi baxımdan münbit şərait yarada biləcək hökumətlərin hakimiyyətə gəlməsinə yardım edəcək ki, həmin silahların neytrallaşmasını reallaşdıra bilsin”.
Şərhlər