Lavrov və Kerri arasında telefon danışığı olub
29.12.2015 03:03 Dünyadan reaksiya 1620
ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
"Reaksiya"nın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.
“Xarici siyasət idarələrinin rəhbərləri Suriyada münaqişənin nizamlanmasına dair məsələləri, Donbasdakı vəziyyət və ikitərəfli münasibətlərə dair müxtəlif məsələləri müzakirə ediblər”, məlumatda deyilir.
Rusiya – ABŞ münasibətlərinə toxunan S.Lavrov bildirib ki, ABŞ-ın rəsmi Moskvaya qarşı sanksiya təzyiqlərinin artırmasının perspektivi yoxdur.
Şərhlər