Nemtsovun qətlinin sifarişçisi müəyyənləşdirildi
29.12.2015 12:44 Dünyadan reaksiya 1891
Rusiya İstintaq Komitəsi müxalifət lideri Boris Nemtsovun qətlinin təşkilatçısı və sifarişçisinin Ruslan Muhutdinov olduğunu açıqlayıb. O, "Şimal" batalyonunun zabiti Ruslan Geremeyevin Moskvadakı sürücüsü olub.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin R. Muhutdinovun cinayət işinin ayrıca icraata götürüləcəyini bildirib. Mediada "Rusik" təxəllüsü ilə tanınan Muhutdinov haqqında beynəlxalq axtarış elan olunub.
Boris Nemtsovun qızının vəkili Vadim Proxorov isə bildirib ki, R. Muhutdinovu cinayətin sifarişçisi elan etməklə əsl cinayətkarları diqqətdən kənarda saxlamaq məqsədi güdülür: “Bu açıqlama Ramzan Kadırova yeni il hədiyyəsi olacaq. Sürücü və köməkçi vəzifələrini daşıyan bir şəxsin Nemtsovun ölümü ilə bağlı hər hansı şəxsi motivi ola bilməz”.
Qeyd edək ki, Rusiya müxalifəti qətldə Çeçenistan rəhbəri Ramzan Kadırovu günahlandırır.
Şərhlər