Rusiya baş nazirinin müavini özünü güllələdi

29.12.2015 14:35     Dünyadan reaksiya     1995

Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.

Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb. 

Şərhlər

Çox oxunanlar