"NATO Rusiyanın milli təhlükəsizliyinə təhdiddir"
30.12.2015 00:45 Dünyadan reaksiya 1629
“NATO rəhbərliyi tərəfindən götürülən kurs - Şərqi Avropa və Baltikyanı dövlətlərdə hərbi mövcudluğun artırılması, Rusiya sərhədlərinə yaxın keçirilən təlimlərin say və intensivliyinin artırılması kimi yaranan təhdidlər müəyyən tədbirlərin görülməsinə gətirib çıxarıb. NATO rəhbərliyi və üzv dövlətlərlə aparılan ikitərəfli dialoqlarda bunun mənfi təsirləri və bütün Avropa üçün daşıdığı potensial risklərə aydınlıq gətirilib. Xüsusən, Avropa təhlükəsizlik məkanının parçalanmasına gətirib çıxaracaq Monteneqronun NATO-ya qəbulu məsələ müzakirə olunub”, - deyə məlumatda vurğulanıb.
Şərhlər