Dini lider müsəlman aləminə çağırış etdi
30.12.2015 02:43 Dünyadan reaksiya 1580
Müsəlman ölkələri vahid İslam sivilizasiyası yaratmalıdır. "Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bu cür çağırışla Tehranda keçirilən İslam birliyinin 29-cu beynəlxalq konfransında İranın ali dini lideri Əli Xamenei çıxış edib.
“ABŞ məmurlarının İslama olan dərin ədavəti onları İslamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir" deyə Əli Xamenei qeyd edib.
İranın ali dini liderinin sözlərinə görə, “İslamın müxtəlif təriqətləri arasında nifaq və münaqişə yaratmaq səyləri Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsinə yönəlib. Bununla əlaqədar Əli Xamenei müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb.
Şərhlər