Fransa baş naziri: “Müstəqillikdən söhbət gedə bilməz”
30.12.2015 13:58 Dünyadan reaksiya 1782
“Korsikanın müstəqilliyi ilə bağlı hər hansı müzakirə aparılmır, bundan söhbət gedə bilməz”.
"Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Fransa baş naziri Manuel Vals “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
“Bəziləri hansısa Korsika millətinin varlığından danışırlar. Mən bunun hansı millət olduğunu anlamıram. Bizim ölkədə ancaq bir-fransız milləti var”, - deyə baş nazir bildirib.
O qeyd edib ki, Korsikanın Fransaya məxsus olub-olmaması ilə bağlı müzakirələr gündəmdə deyil və gələcəkdə də bu tip müzakirələr olmayacaq. M. Valsın sözlərinə görə, dövlət adanın qitədən uzaqda yerləşməsi, tarixi və özünəməxsus dili olması ilə əlaqədar xüsusi statusunu tanıyır.
Xatırladaq ki, ötən həftə anti-İslam çıxışları ilə əlaqədar adada vəziyyət gərginləşib. Ərəblərin hüquq-mühafizə orqanlarına hücum etməsindən sonra millətçilər cavab olaraq müsəlman ibadətgahlarından birini yandırıb. Baş nazir bu insidenti “yolverilməz hal” adlandıraraq günahkarların cəzalandırılacağına söz verib.
Şərhlər