Türkiyə daha bir şəhid verdi - 5 polis yaralandı

01.01.2016 12:05     Dünyadan reaksiya     1878

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda PKK terror təşkilatının təhlükəsizlik qüvvələrinə etdiyi silahlı hücum zamanı 1 polis şəhid olub, 5-i yaralanıb.

"Reaksiya" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyə polisinin təhlükəsizlik məqsədi ilə həyata keçirdiyi əməliyyat zamanı baş verib.

Yaralanan polis əməkdaşları Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə gələn Türkiyə səhiyyə nazirinin müşaviri Eyyub Gümüş bildirib ki, yaralanan polislərdən dördü müalicə üçün Ankaraya aparılacaq.

Şərhlər

Çox oxunanlar