2016-cı ilə dünya liderləri belə başladı

01.01.2016 14:51     Dünyadan reaksiya     2197

2016-cı il ərəcəsində hər il olduğu kimi bu ildə dünya liderləri xalqlarına müraciət edərək bayram təbriki göndəriblər.

"Reaksiya" ANS PRESS-ə istinadən bir sıra ölkələrin rəhbərlərinin çıxışlarında diqqət çəkdikləri məqamları oxucularına təqdim edir. 

Prezident İlham Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, Yeni ilin xalqımız üçün uğurlu olacağına inandığını bildirib:

"2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi. Amma 2015-ci il arxada qalır. Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir", - deyə ölkə lideri əlavə edib. O öz çıxışında həmçinin digər siyasi məsələlər, Dağlıq Qarabaq münagişəsi, iqtisadi və sosial məsələlərə də toxunub. 



Rusiya prezidenti Vladimir Putin öz bayram təbrikində təkcə, Yeni ili evdə, qohumları ətrafında keçirənləri deyil, eyni zamanda, bayram günü iş başında olanları da yaddan çıxarmayıb:

"Əlbəttə, bu gün hamının Yeni ili doğmaları ilə birgə qarşılaması mümkün deyil. Bəziləri bayramı xəstəxanalarda xəstələrin yanında xidməti vəzifəsini yerini yetirməklə, əsgərlər vətəni qorumaq, sərhəddə növbətçilik çəkməklə keçirirlər. Amma doğmaları ilə birgə bayramı keçirənlər, əslində, bu gün anlayırlar ki, onlar bir-birilərinə nə qədər yaxındırlar", - deyə Vladimir Putin vurğulayıb. 

Ölkə başçısı valideynlərə can sağlığı, cavanlara isə ağıllı və çalışqan olmağı arzulayıb. Sonra o, Rusiyanın tərəqqisi, rifahı və xoşbəxt gələcəyi şərəfinə badə qaldırmağı təklif edib. 



Ukrayna prezidenti Pyotr Poroşenko da xalqını bayram münasibəti ilə təbrik edərək, çıxışında daha çox 2016-cı ildə həyata keçiriləcək siyasi məsələlərdən danışıb:

"Gələn il Avropa İttifaqı ilə Ukrayna arasında olan "pərdə" götürüləcək. Ölkəmizdən hər kəs istər istirahət, istərsə də hər hansı bir iş üçün sərbəst şəkildə vizasız Avropaya gedə biləcək. Bunun üçün arada yarana biləcək korrupsiya hallarının qarşısının alınması üzrə işlərə başlanılıb. Artıq mübarizə üçün yeni və siyasi cəhətdən müstəqil antikorrupsiya orqanları açılıb", - deyə Pyotr Poroşenko qeyd edib. 



Ermənistan prezidenti Serj Sarkisyan isə "25 illik Ermənistan hələ də bu yolda bizim arzuladığımız Ermənistan deyil", - deyə bayram təbrikinə başlayıb. Onun sözlərinə görə, ölkə Yeni ilə yeni siyasi sistem, enerji və ümidlərlə qədəm qoyur. 



Almaniya kansleri Angela Merkelin bayram təbriki, əsasən, özünəinamlı ifadələrlə yadda qalıb:

"Cəmiyyətimizi həmişə dayanıqlı saxlayan bizim dəyərlərimiz, dilimiz və qanunlarımız bundan sonra da qarşılıqlı hörmət və həyatın əsasları kimi ölkəmizdə qorunub saxlanacaq. Bunun üçün isə ölkəmizdə yaşayan hər kəs lazım olan qanunlara əməl etməlidir", - deyə o, söyləyib.

Çıxışının sonunda miqrant məsləsinə də toxunan xanım Merkel qaçqınlara yardım göstərmək üçün kifayət qədər güc və maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb. 



2015-ci ilin Fransa üçün nə qədər ağır olduğu barədə danışmaqla bayram təbrikə giriş edənFransua Olland, 2016-cı ildən səbr və ümid arzulayıb:

"Mənim bu günki təbrikim digərlərindən xeyli fərqi olacaq, çünki biz bu il dəhşətli hadisələr yaşadıq. Əvvəlcə "Charlie Hebdo" və "Hypercasher" jurnallarının redaksiyalarına qarşı terror akları törədildi, Monruja, Viljyuife və Sen-Kenten-Fallaveyə qanlı hücumlar qeydə alındı vəParisdəki terror hadisəsi ilə sona çatdı", - deyə Olland bildirib.

Fransa lideri ölkədə işsizliyin hökm sürdüyünü və bunun aradan qaldırılması üçün artıq bir sıra göstərişlərin verdiyini də qeyd edib. 

Şərhlər

Çox oxunanlar