Tarixçilər Marqaret Tetçerin sirlərini öyrəniblər
01.01.2016 17:01 Dünyadan reaksiya 2059
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer OPEK-in baş katibindən aldığı dəbdəbəli zinət əşyaları və rəsmi hədiyyələri bəyannamədə qeyd etməyib, Mixail Qorbaçovla görüşə hazırlıq üçün Roman Klensinin üçüncü dünya müharibəsi haqda romanını oxuyub, həmçinin onun sələfinin hədiyyə etdiyi ay tozunun taleyini həll etməyə çalışıb.
"Reaksiya" Modern.az-a istinadən xəbər verir ki, alimlər bu faktlar haqda dekabrın 30-da Böyük Britaniyanın Milli Arxivinin məxfilikdən çıxardığı sənədlər əsasında öyrəniblər.
Məlum olub ki, 1986-cı ildə Tetçerin katibləri OPEK-in baş katibi Mana əl-Otaybanın şəxsi səfəri zamanı baş nazirə etdiyi hədiyyələrə görə narahat olublar. Baş nazirin mətbuat katibi zümrüdlər və brilyant boyunbağı, sırğalar və bilərzik barədə KİV-ə məlumat verməmək qərarına gəlib. Qiymətli hədiyyələrin alınması isə sənədlə təsdiqlənib. Lakin dekabrda Christies hərracına çıxarılan Teteçerin əşyaları arasında olan zümrüdlər və brilyant boyunbağı 158 funt-sterlinqə satılıb. Hərracın kataloqunda isə bu qiymətli daş-qaşın baş nazirə necə məxsus olduğu haqda heç nə qeyd edilməyib.
1986-cı ildə İslandiya sammitinə hazırlıq zamanı (silahların məhdudlaşdırlması məsələsi üzrə ABŞ prezidenti ilə sovet lideri arasında) Ronald Reyqan Tetçerə Tom Klensinin SSRİ ilə NATO arasında gedən üçüncü dünya müharibəsi haqda yazdığı “Qırmızı fırtına qalxır” romanını oxumağı məsləhət görür. Romandakı epizodlardan birində sovet desantı İslandiyanı ələ keçirir.
“Prezident bu kitabı təkidlə tövsiyə edir. O, Sovet İttifaqının strategiyası və niyyəti haqqında gözəl təsəvvür verir. O, açıq-aşkar romanın güclü təsiri altında idi”, - Tetçerin katibi qeyd edib.
Bundan başqa, Reyqan SSRİ ilə bağlı (Britaniya lideri düşmənin qarşısını almaq, nüvə əhəmiyyətinə təsir edib) Tetçeri həyəcanlandırmaq istəyirdi.
“Ruslar müharibə istəmirlər, onlar nüvə müharibəsi təhlükəsindən istifadə etməklə qələbəyə nail olmaq istəyirlər... Düşünürəm ki, biz buna qarşı strategiyamızı hazırlaya bilərik”, - Reyqan deyib.
Şərhlər