Ukrayna Rusiya mallarının ölkəyə gətirilməsinə qadağa qoydu

02.01.2016 14:08     Dünyadan reaksiya     1862

Ukrayna hökuməti ölkəyə gətirilməsinə qadağa qoyulan Rusiya ərzaq məhsullarının siyahısını təsdiq edib.

"Reaksiya" Virtualaz.org-a istinadən xəbər verir ki, müvafiq qərar Ukrayna hökumətinin saytında yerləşdirilib.

Siyahıda ümumilikdə 43 məhsulun adı var. Bura çörək və çörək məhsulları, undan hazırlanmış şirniyyat və qənnadı məmulatları, ət, yağ, kofe, qara çay, uşaq qidaları, filtrli siqaretlər, pivə, araq və s. məhsullar daxildir.

Bildirilir ki, bu qərar yanvarın 10-dan avqustun 5-dək və ya Ukrayna kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmaması barədə Moskvanın məlum qərarı dəyişdirilənədək qüvvədə olacaq.

Şərhlər

Çox oxunanlar