Bu günədək 261 PKK terrorçusu öldürülüb - Baş Qərargah

02.01.2016 15:56     Dünyadan reaksiya     1831

Türkiyənin Cizre, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Şırnakın Cizre rayonunda davam edən əməliyyat zamanı 3 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb.

Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub.

Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK silahlısı zərərsizləşdirilib.

Şərhlər